Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur kurortda iki turist müəmmalı şəkildə öldü

Məşhur kurortda iki turist müəmmalı şəkildə öldü

Tarix: 13 Sentyabr 2022 19:32

Hollandiyadan olan iki turist Kolumbiyanın ən məşhur kurortunda müəmmalı şəraitdə dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə "El Pais" yazır.

Nəşrin məlumatına görə, Nienke Bava və Bob Kootte Kartaxenada istirahət ediblər. Bir gün onlar yerli bazara baş çəkiblər, axşam isə kurort şəhərinin merinin oğluna məxsus restorana şam yeməyinə gediblər.

Ertəsi gün səyahətçilər zəhərlənmə əlamətləri ilə otel otağında qalıblar, axşama yaxın vəziyyətləri pisləşib. Tezliklə gənc cütlük xəstəxanaya yerləşdirilsə də, bir-bir ölüblər. Bava gecə, Kutte - bir neçə saat sonra səhər tezdən ölüb.

Müstəntiqlər turistlərin bir gün əvvəl istehlak etdikləri yemək və içki nümunələrini təhlil ediblər. Ölümün səbəbləri hələ də məlum deyil.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Məşhur kurortda iki turist müəmmalı şəkildə öldü


RƏYLƏR