Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeddi yaşlı uşaq səhv diaqnoza görə əməliyyat masasında öldü

Yeddi yaşlı uşaq səhv diaqnoza görə əməliyyat masasında öldü

Tarix: 13 Sentyabr 2022 20:54

Rusiyada İnquşetiyada yeddi yaşlı uşaq həkimlərin yanlış diaqnozu səbəbindən əməliyyat masasında ölüb.

Milli.Az bildirir ki, bunu "Mash Gor" Telegram kanalına uşağın atası deyib.

Kişi oğlunun avqustun sonunda turnikdən yıxıldığını deyib. Uşağın şiddətli ağrıları olub. Atası uşağı xəstəxanaya aparıb.

Orada rentgen çəkilib, həkimlər heç nə görməyib və İnquşetiya sakinini oğlu ilə birlikdə evə göndəriblər. Ancaq kişi uşaqla birlikdə başqa həkimlərə müraciət edib. Uşağa sınıq diaqnozu qoyulub, gips taxılıb və ürək bulanmasından dərman yazılıb.

Uşağın səhhəti hər gün pisləşib, valideynlər təcili yardım çağırıblar. Sonradan məlum olub ki, oğlanda daxili xəsarətlər olub, amma birinci xəstəxanada ona "appendisit" diaqnozu qoyulub.

Həkimlər yeddi yaşlı xəstənin ağır susuzluğundan əiyyət çəkdiyini əsas gətirərək əməliyyatı yalnız səhərə yaxın etmək qərarına gəliblər. Uşağın halı ağırlaşandan sonra əməliyyata götürülsə də, onu xilas etmək mümkün olmayıb.

Uşağın ölümündən sonra ailəsinə ürək çatışmazlığı diaqnozu ilə çıxarış verilib. Hazırda uşağın atası hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Yeddi yaşlı uşaq səhv diaqnoza görə əməliyyat masasında öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ