Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atıcımız Ruslan Lunyov Avropa çempionu oldu

Atıcımız Ruslan Lunyov Avropa çempionu oldu

Tarix: 15 Sentyabr 2022 22:18

Daxili qoşunların kapitanı atıcımız Ruslan Lunyov qızıl medal qazanaraq Avropa çempionu olub.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının "Avropa Çempionatı 2022" üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib.

Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birincilik qazanıb.

Qeyd edək ki, Ruslan Lunyov tanınmış olimpiya medalçımız İradə Aşumovanın oğludur.


Etiketlər:  Atıcımız Ruslan Lunyov Avropa çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ