Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Tarix: 15 Sentyabr 2022 23:46

UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu günə nəzərdə tutulan 15 görüşdən 8-i artıq başa çatıb.

G qrupunda mübarizə aparan "Qarabağ" Bakıda Fransa "Nant"ını darmadağın edib - 3:0. Qrupun digər matçında Almaniya "Frayburq"u Yunanıstanda "Olimpiakos"a eyni hesabla qalib gəlib.

Türkiyə təmsilçilərindən "Trabzonspor" H qrupunda Serbiya "Srvena Zvezda"sını qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 16-cı dəqiqədə Marek Hamşik və 68-ci dəqiqədə Trezege vurublar. Qonaqlardan isə 89-cu dəqiqədə Velko Nikoliç fərqlənib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

15 sentyabr

E qrupu

20:45. "Şerif" (Moldova) - "Mançester Yunayted" (İngiltərə) - 0:2

20:45. "Real Sosyedad" (İspaniya) - "Omoniya" (Kipr) - 2:1

Xal durumu: "Real Sosyedad" - 6, "Mançester Yunayted" - 3, "Şerif" - 3, "Omoniya" - 0

F qrupu

20:45. "Midtüllan" (Danimarka) - "Latsio" (İtaliya) - 5:1

20:45. "Feyenoord" (Niderland) - "Şturm" (Avstriya) - 6:0

Xal durumu: "Feyenoord" - 3, "Midtüllan" - 3, "Latsio" - 3, "Şturm" - 3

G qrupu

20:45. "Olimpiakos" (Yunanıstan) - "Frayburq" (Almaniya) - 0:3

20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) - 3:0

Xal durumu: "Frayburq" - 3, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0

H qrupu

20:45. "Trabzonspor" (Türkiyə) - "Srvena Zvezda" (Serbiya) - 2:1

20:45. "Monako" (Fransa) - "Ferentsvaroş" (Macarıstan) - 0:1

Xal durumu: "Ferentsvaroş" - 6, "Trabzonspor" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0

Qeyd edək ki, A qrupunun "Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

Milli.Az


Etiketlər:  Olimpiakos Frayburqa uduzub Trabzonspor ilk qələbəsini qazanıb


RƏYLƏR