Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aysundan tənqidlərə cavab: “Sizin kimi telefonda "şirə" dönmürəm” - VİDEO

Aysundan tənqidlərə cavab: “Sizin kimi telefonda

Tarix: 17 Sentyabr 2022 02:25

""Azərbaycanım mənim" adlı oxuduğum mahnımı paylaşmışam. Bu nəğməni indi yox, 44 günlük Vətən müharibəsi bitdikdən sonra lentə almışam. İzləyicilər yazırlar ki, müharibə başlayan kimi müğənnilər özlərini reklam edir. Bu düşüncələr içinizdə olan insani keyfiyyətlərinin az olmasından irəli gəlir".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

İzləyicilərin yazdığı "Oxuduğu müharibə mövzulu mahnılarla özünü reklam edir" şərhlərinə o, sərt reaksiya verib:

"Mən qadınam və müğənniyəm. Əsgərimin və vətənimin yanında olduğumu bildirirəm. Əlimdən bu gəlir. Başqa  nə edə bilərəm, bilmirəm. Nə bacarıramsa, onu etməyə çalışıram. Sizin kimi telefonda "oturub", "şirə" dönmürəm. Gecə saat neçə də olsun, gedib şəhidlərimizin ailələrini ziyarət edirəm. Bununla bağlı isə paylaşımlar etmirəm.

Halbuki, gözəllik salonu açıram. İşimə görə nələrsə etməliyəm, amma etmirəm. Yasımı saxlayıram. Əsgərimin, şəhidimin ruhunu şad etməyə çalışıram. Ehsan verirəm, halva hazırlatdırıram. Sizin kimi boş-boş oturmuram. Bunu gözünüz götürmür?

Bu ağır və xalqımız üçün çətin günlərdə bu qədərmi iyrəncliyinizi hiss etdirirsiniz? Ən azından bu çətin vaxtda millətinizə dəstək olun.

O ki qaldı reklam məsələsinə, oxuduğum mahnı "rakkada-çıkkada" deyil ki, mən özümü reklam edim. "Azərbaycanım mənim" mahnısı altında "nanay-ninay" oxumamışam. Çalışmışam ki, hiss etdirim ki, vətənimi sevən vətəndaşam və əsgərimin, dövlətimin yanındayam. Nə istəyirsinizsə yazın", - deyə A.İsmayilova bildirib.

Milli.Az


Etiketlər:  Aysundan tənqidlərə cavab Sizin kimi telefonda şirə dönmürəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ