Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 07:18
Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının yüksək səviyyəli həftə ərzində sammitində videomüraciətlə çıxış edəcək.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsa bildirib.
Təşkilat nümayəndəsi Vasili Nebenzyanın üzbəüz çıxışını tələb etdiyi Rusiyanın etirazlarını dəstəkləməyib. Qərar bir çox üzvlər tərəfindən dəstəklənib, ancaq Rusiya, Belarus, Kuba, Eritreya, Nikaraqua, Suriya, Şimali Koreya buna qarşı çıxdı. Səsvermə zamanı 19 ölkə bitərəf qalıb.
BMT Baş Assambleyası müvafiq qərar qəbul edərkən buna əsaslanıb ki, Zelenskiyə çıxışının əvvəlcədən qeydə alınmış variantını təqdim etməyə icazə verilməsi yüksək səviyyəli Assambleyanın sonrakı iclasları üçün presedent yaratmayacaq.