Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 11:24
Sentyabrın 16-da Mito Rayon Məhkəməsi (Yaponiya) immiqrasiya mərkəzində ölən kamerunlunun ailəsinə ölkə hükuməti tərəfindən 1,65 milyon yen (11,5 min dollar) məbləğində təzminat ödənilməsinə dair qərar çıxarıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ölüm hadisəsi 2014-cü ildə İbaraki prefekturasındakı Hiqaşi-Nihon İmmiqrasiya Mərkəzində baş verib. 43 yaşlı kişi noyabrdan mart ayına qədər mərkəzdə olub. Belə ki, immiqrasiya orqanları Narita hava limanına (Tokio) çatan zaman ona ölkəyə daxil olmağa icazə verməyib.
İddia mərhumun anası tərəfindən qaldırılıb və o, rəsmi şikayətlərə baxmayaraq miqrantın xəstəxanaya göndərilmədiyi üçün hökumətdən 10 milyon yen tələb edib.
Bildirilir ki, Kamerun vətəndaşının səhhətində problemlər olub. O, şəkərli diabetdən əziyyət çəkib.