Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

40 milyonluq iddia

40 milyonluq iddia

Tarix: 17 Sentyabr 2022 12:14

Məşhur erməni inflüser Kim Kardaşyanın adı milyonluq qalmaqalda hallanır.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, Kardaşyanın sosial şəbəkə izləyiciləri ondan 40 milyon dollara qədər pul tələbi ilə bağlı iddia qaldırıblar.

Buna səbəb Kimin sosial şəbəkə hesabında öz hesabına dərc etdirdiyi dəbdəbəli hədiyyələrin tirajının reklamıdır. İzləyicilər bunun saxta lotereya fırıldağının bir hissəsi olduğunu iddia edirlər.

Müsabiqələrdə iştirak edən insanlara Los-Ancelesə birinci dərəcəli biletlər, Beverli Hillsdə üç günlük qalmaq və 100.000 dollar kimi mükafatlar vəd edildiyi iddia edilir. Amma iddiaçılar - yarışların iştirakçıları bəyan edirlər ki, onlardan heç kim qalib gəlməyib. İddia edilən fırıldaqda Kimə yardım edən dostu Skott Disikin də adı hallanır.

İzləyiciləri iddia edirlər ki, o, lotereyaların əsas təşkilatçısıdır. O, Kardaşyan və qohumları kimi məşhurlar milyonlarla sosial şəbəkə izləyiciləri arasında saxta müsabiqənin təbliğatına kömək ediblər.

Kim Kardaşyan və Skott Disik qalmaqallı məsələ ilə bağlı heç bir reaksiya verməyiblər.

Milli.Az


Etiketlər:  40 milyonluq iddia


RƏYLƏR