Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Merkelə ağ bayraq göndərdim, mənə güldülər... - Tramp

Merkelə ağ bayraq göndərdim, mənə güldülər... - Tramp

Tarix: 18 Sentyabr 2022 17:24

Almanlar sanksiyalar və Ukrayna münaqişəsi fonunda Rusiyanın enerji təchizatının azalması səbəbindən ölkələrini itirə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Tramp Almaniyanı çoxdan belə bir risklə qarşılaşacağı barədə xəbərdarlıq etdiyini bildirib:

"Mən ona Rusiya qarşısında kapitulyasiya üçün ağ bayraq da göndərmişdim. Ona demişdim ki, əgər siz enerjinizin 72 faizini Rusiyadan alırsınızsa, onda tez təslim olacaqsınız. Lənət şeytana, bunun tez bir zamanda baş verəcəyini kim bilərdi? Almanlar əvvəlcə mənim bu təklifimə gülmüşdülər, amma indi gülmürlər", - Tramp bildirib.

Milli.Az


Etiketlər:  Merkelə bayraq göndərdim mənə güldülər Tramp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ