Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 09:56
Dövlət katibi Entoni Blinken son toqquşmalardan sonra ilk birbaşa danışıqlar üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, Dövlət katibi Blinken gələcək eskalasiyanın qarşısının alınmasının vacibliyini, sülh prosesinə qayıtmağın vacibliyini vurğulayıb.
"Onlar növbəti addımları müzakirə ediblər və Dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb", - Preyas deyib.