Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 18:22
Əfsanəvi boksçu Mayk Tayson ötən ay əlil arabasında görünməsinin səbəbini açıqlayıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, kürəyindəki sinir zədələnməsi səbəbindən əlil arabasında oturmaq məcburiyyətində qaldığını bildirən Tayson siyatik xəstəliyini keçirdiyini bildirib.
"Newsmax" TV-yə danışan boksçu "Siyatik adlı xəstəliyim var. Ağrılarım şiddətli olanda danışa bilmirəm. Xoşbəxtlikdən bu, məndə olan yeganə xəstəlikdir. Hazırda özümü əla hiss edirəm", deyib.
Qeyd edək ki, siyatik xəstəliyi sinirlərin gərginliyi və ya sıxılması nəticəsində beldən bud nahiyəsinə və bud arxasına yayılan ağrı, uyuşma, uzanma və bəzən qarıncalanma narahatlığıdır.