Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 22:36
Fransa Prezidenti Emmanuel Makronun yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacağı gözlənilir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Makron və Putin sonuncu dəfə sentyabrın 11-də telefonla danışıblar.
"Yaxın günlərdə xüsusilə, nüvə məsələsi ilə bağlı cənab Putinlə danışıqlar aparmağımız nəzərdə tutulur", - deyə Makron vurğulayıb.
Fransa lideri daha əvvəl Rusiya Prezidenti ilə nüvə təhlükəsizliyi məsələsini müzakirə etdiyini və eyni məsələnin iki ölkənin xarici işlər nazirləri tərəfindən gündəmə gətirildiyini xatırladıb. Makron Putinlə danışmazdan öncə bu məsələ ilə bağlı MAQATE rəhbəri Rafael Qrossi ilə də görüş keçirəcək.
"Bu söhbətin nəticələrindən sonra biz yaxın günlərdə Putinlə əlaqə saxlayacağıq", - deyə Makron bildirib.