Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 14:28
"Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir".
Sonxeber.net xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkələrdə yayılan Azərbaycan Ordusuna aid maşın karvanının görüntüləri ilə bağlı açıqlamasında deyib. O, bildirib ki, həmin hərflər heç bir məna daşımır:
"Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib. Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan,qurudan idarə edilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına). Fotolardan göründüyü kimi, adi Z-dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil. Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərnən istifadə edirsə bu o demək deyil ki, biz həmən hərfləri əlifbamızdan çıxarmalıyıq. Odur ki, hesab edirəm ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq. Ordumuz qürurumuzdur!", - deyə ekspert bildirib.