Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ankara ilə Afina arasında əsl müharibə gedir - Dryuten

Ankara ilə Afina arasında əsl müharibə gedir - Dryuten

Tarix: 21 Sentyabr 2022 16:00

Türkiyə və Yunanıstan arasında NATO daxilində əsl müharibə gedir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu alman ekspert Karolin Dryuten deyib.

Dryuten buna misal olaraq 80-90-cı illərdə Türkiyə və Yunanıstan arasında az qala silahlı münaqişələrə çevrilən qarşıdurmaları göstərib. O, həmçinin iki ölkə arasında karbohidrogen yataqları və yunan adalarının hüquqi statusu ilə bağlı son mübahisəni də xatırladıb.

"Türkiyə və Yunanıstan NATO üzvləri kimi rəsmi müttəfiqdir. Lakin son vaxtlara qədər bu ölkələr dəfələrlə müharibə astanasında dayanıblar. Avqustun sonunda Ankara Afinanı Türkiyə təyyarələrinə S-300 sistemindən raket atmaqda ittiham edib", - ekspert bildirib.

Milli.Az


Etiketlər:  Ankara ilə Afina arasında əsl müharibə gedir Dryuten


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ