Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanla sərhəddə xəsarət almış hərbçilərin əlillik təyinatı aparılır

Ermənistanla sərhəddə xəsarət almış hərbçilərin əlillik təyinatı aparılır

Tarix: 22 Sentyabr 2022 11:06

Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirib.

Nazirlikdən Sonxeber.net-a verilən xəbərə görə, məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsi, əlillik təyinatına əsas olduğu halda lazımi sənədlərin sürətli şəkildə rəsmiləşdirilərək elektron sistemə daxil edilməsinə dəstək və əlillik təyinatının aparılmasıdır.

Artıq xəsarət almış 50-dək hərbiçinin səyyar əyani müayinəsi aparılıb. Proses növbəti günlərdə də davam edəcək.


Etiketlər:  Ermənistanla sərhəddə xəsarət almış hərbçilərin əlillik təyinatı aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ