Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı aeroportunda kran aşdı - Ölən və yaralanan var

Bakı aeroportunda kran aşdı - Ölən və yaralanan var

Tarix: 22 Sentyabr 2022 16:34

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

Qeyd edilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: "Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb".

Milli.Az


Etiketlər:  Bakı aeroportunda kran aşdı Ölən yaralanan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ