Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın daha 4 bankına qarşı sanksiyalar tətbiq ediləcək

Rusiyanın daha 4 bankına qarşı sanksiyalar tətbiq ediləcək

Tarix: 24 Sentyabr 2022 09:08

İrlandiya, Polşa və Baltikyanı ölkələr Rusiyadan brilyant və siqaret idxalına qadağa qoyulması, həmçinin bir sıra təşkilatların, o cümlədən "Qazprombank"ın SWIFT-dən ayrılması və nüvə enerjisi sahəsində Moskva ilə əməkdaşlığa veto qoyulması yolu ilə anti-Rusiya sanksiyalarını gücləndirməyi təklif edir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, İrlandiya, Estoniya, Litva, Latviya və Polşa SWIFT sistemindən çıxarılan təşkilatların siyahısını "Qazprombank", "Alfa-Bank", "Rosbank" və "Tinkoff Bank"adək genişləndirməyi təklif ediblər.

Həmçinin bu beş ölkə Rusiya sığortaçılarının xidmət göstərməsinə qadağa qoymağı və propan və ya butan kimi məhsulların, yəni mayeləşdirilmiş neft qazından alınan məhsulların Aİ-yə idxalına veto qoymağı təklif edir.

Milli.Az


Etiketlər:  Rusiyanın daha 4 bankına qarşı sanksiyalar tətbiq ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ