Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 14:10
İranda bir günlük internetin kəsilməsi ölkə iqtisadiyyatına 37 milyon dollar ziyan vurub.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu barədə "Eqtesad online" informasiya portalı məlumat yayıb.
Məlumata görə, ən xırda işlər daxil ölkələr arasında pul mübadiləsi kimi ən qarışıq əməliyyatlara qədər hər bir ticarət fəaliyyəti internet vasitəsilə həyata keçirilir.
"İnternet olmayan dövrlə müqayisədə indi bu əməliyyatlar sürətli şəkildə həyata keçirilir",- portaldan bildirilib.
Xatırladaq ki, İranda bir neçə gündür davam edən etirazlar fonunda ölkənin bəzi ərazilərində internet kəsilib, bir sıra sosial şəbəkələr bloklanıb.