Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada Rusiyanın 4 hərbi təyyarəsi vurulub

Ukraynada Rusiyanın 4 hərbi təyyarəsi vurulub

Tarix: 24 Sentyabr 2022 22:00

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 4 hərbi təyyarəni vurub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, HHM qüvvələri gün ərzində 1 ədəd Su-25, 2 ədəd Su-30, 1 ədəd Su-34 təyyarəsi, 5 PUA və 1 qanadlı raketi vurub.

Artilleriya bölmələri isə 4 idarəetmə məntəqəsi və 4 silah anbarını, 3 HHM mövqeyini dağıdıb.


Etiketlər:  Ukraynada Rusiyanın hərbi təyyarəsi vurulub


RƏYLƏR