Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2022 16:50
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan klub rəhbərliyinə müraciət edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, sabiq futbol agenti rumıniyalı mütəxəssisin istefaya göndərilməsini istəyib.
Buna Prodanın Buxarestdəki evində 47 yaşlı baş məşqçinin fiziki zorakılığına məruz qalması səbəb olub. İddiaya görə, insident nəticəsində hər iki şəxs xəsarət alb və ilkin tibbi yardıma ehtiyac duyulub. Hüquq mühafizə orqanlarının hadisə ilə bağlı araşdırmalara başladığı bildirilib. Tərəflər arasında münaqişənin səbəbləri araşdırılır.
Prodan zorakılığı əks etdirən videonu "Neftçi"nin elektron ünvanına göndərək, keçmiş ərinin qovulmasını xahiş edib. Hələlik "ağ-qaralar" məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Laurentsiu Regekampf 2008-2021-ci illərdə Anamariya Prodanla ailəli olub. Onların bir övladı var.