Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“iPhone 14”ün istehsalı azaldılır

“iPhone 14”ün istehsalı azaldılır

Tarix: 25 Sentyabr 2022 17:44

Deyəsən, yeni "iPhone 14"ün baza modeli heç kimə lazım olmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tələbatın az olması səbəbindən "Apple" sözügdən modelin istehsal xəttini məhdudlaşdırmaq qərarına gəlib.

Bildirilir ki, istehlakçılar daha çox "iPhone 14 Pro" və "Pro Max" modellərinə üstünlük verirlər.

Analitiklərin fikrincə, bu heç də təəccüblü deyil. Belə ki, sadə "iPhone 14" əslində, bir qədər təkmilləşdirilmiş "iPhone 13"dür. Smartfonların bir çox parametrləri və imkanları oxşardır.

Xatırladaq ki, "iPhone 14"ün baza modeli həm də yeni seriyada ən ucuz modeldir. Onun qiymətləri 799 dollardan başlayır.

Milli.Az


Etiketlər:  iPhone 14ün istehsalı azaldılır


RƏYLƏR