Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2022 22:40
"Oyun tam olaraq nəzarətimiz altında idi. Bəzi hallarda çatışmazlıqlarımız olurdu. Buna baxmayaraq, qələbəyə layiq idik".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən 25 yaşlı hücumçu zədədən yeni qayıtdığını bildirib: "Bu hallarda optimal formaya qayıtmaq çətin olur. Bu günlərdə hər birimizin qələbəyə ehtiyacı var. Xalqımızı sevindirmək istəyirdik. Şəhidlər ölməz, Vətən bölünməz".