Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsimi nəslinin nümayəndəsi: Biz çox istərdik ki, Nəsiminin qalıqları öz vətənində dəfn olunsun

Nəsimi nəslinin nümayəndəsi: Biz çox istərdik ki, Nəsiminin qalıqları öz vətənində dəfn olunsun

Tarix: 30 Sentyabr 2019 22:32

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı davam edir.

Trend-in məlumatına görə, qonaqlar arasında Suriyadan iki bacısı uşağı, bacısı və onun həyat yoldaşı ilə gələn Nəsimi nəslinin nümayəndəsi olan Bəşər Nəsimi də var. Məlum olduğu kimi, Nəsimi öz hürufi ideyalarını Suriyada təbliğ edərkən, Hələb şəhərində həbs edilmişdi. Ruhanilər tərəfindən irəli sürülmüş ittihamlar nəticəsində Nəsimi ölüm cəzası məhkum edilmiş və əzablı ölümü qəbul etmişdi. Şair Əl Fərafiyə rayonunda ümumi qəbiristanlığında dəfn edilib. Nəsimi nəslinin nümayəndələri də orada dəfn olunublar. Bəşər Nəsimi Nəsiminin və onun nəslinin nümayəndələrinin məzarlarının abadlığı və təmizliyinə nəzarət edənlərdən biridir.

Qonaqlar və festival iştirakçıları ilə birgə o, Bakıda və Nəsiminin vətəni Şamaxıda müxtəlif tədbirlərdə iştirak edir. Bəşər Nəsimi öz ulu babasının vətəni olan Azərbaycana dəvətə və Nəsimi festivalının keçirilməsinə görə Heydər Əliyev fonduna öz minnətdarlığını bildirib:

"Biz çox istərdik ki, Nəsiminin qalıqları öz vətənində dəfn olunsun. Ümid edirik ki, bu arzumuza çatacağıq".

55 yaşlı Bəşər Nəsimi 1982-1989-cu illərdə Azərbaycan Tibb Universitetində oxuyub, sonra 1993-cü ilə kimi aspirantura və ordinanturanı bitirib. Hazırda Hələbdə həkim işləyir:

"Keçən il mənim qardaşım Məhəmməd yaxınları ilə birgə Bakıda olub, qayıdanda isə hamı ilə Azərbaycan haqqında çoxlu maraqlı və xoş təəssüratlarını paylaşıb, Nəsimiyə və bizim ailəyə olan hörmətdən danışıb. Təəssüflər olsun ki, o dünyasını dəyişib və buna görə də qohumlarımla mən gəlmişəm. Öz əcdadım Nəsiminin vətənində olmaq mənə inanılmaz hisslər yaşadır. Biz öz ulu babamız Nəsimi ilə qürur duyuruq! Onun həyat və yaradıcılığı bəşəriyyət naminə mübarizə və yaradıcılığın parlaq nümunəsidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nəsimi nəslinin nümayəndəsi çox istərdik Nəsiminin qalıqları vətənində dəfn olunsun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ