Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda inklüziv təhsil: Birlikdə təhsil almaq əlçatandır - VİDEO

Azərbaycanda inklüziv təhsil: Birlikdə təhsil almaq əlçatandır - VİDEO

Tarix: 27 Sentyabr 2022 18:44

Sağlamlıq imkanları məhud uşaqlar sağlam uşaqlarla eyni hüquqa malikdir. Onların da təhsil almaq haqqı var. Təhsilin bu cür əlçatanalığını isə inkluziv təhsil layihəsi təmin edir. Layih çərçivəsində diaqnozlu uşaqlar sağlam uşaqlarla birgə təhsil almaq imkanı əldə edir. Bəs bu təhsilin nə kimi çətinlikləri var, ətraflı reportajımızda.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sinifə daxil olarkən bizi xəbərdar etdilər: Onlara fokuslanmaq, diqqətlə baxmaq olmaz. Əks halda özlərini hər kəsdən fərqli və pis hiss edə bilərlər. 

202 nömrəli tam orta məktəbdə siniflərdə doğrudan da, ilk baxışda hər şey sıradan  idi. Bütün uşaqlar müəlliməni dinləyir, dərs yazırdılar. Amma əslində hər sinifdəki 24 uşaqdan 2 -si ya inkişaf geriliyindən əziyyət çəkir, ya autist, ya da daun sindromlu idi. Onlar inkluziv təhsil layihəsi çərçivəsində sağlam uşaqlarla bərabər təhsil almaq imkanına malikdirlər.

Müəlliməsi deyir ki, Cavad unikal yaddaşa malikdir. Sinifdəki şagirdlərin hamısının soyadını, adını, atasının adını əzbər bilir.

Fatimə isə 4-cü sinif şagirdididir. Məktəbin direktoru bildirir ki, məktəbdə hazırda 15 sinifdə 29 diaqnozlu uşaq təhsil alır.

Təhsil İnstitunun əməkdaşı Həbibə Nəzirova bildirdi ki, unkluziv təhsil layihəsi çərçivəsində ümumilikdə 10 region üzrə 22 ümumitəhsil müəssisəsi belə təhsilə cəlb olunub.

Qeyd edək ki, Azərbaycanda "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilib. Keyfiyyətli inkluziv təhsilin tərtib olunması üçün mütəmadi olaraq maarifləndirici işlər həyata keçirilir.


Etiketlər:  Azərbaycanda inklüziv təhsil Birlikdə təhsil almaq əlçatandır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ