Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada qazın qiyməti 1 800 dollara yaxınlaşıb

Avropada qazın qiyməti 1 800 dollara yaxınlaşıb

Tarix: 27 Sentyabr 2022 19:16

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 800 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 27 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 779,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,1% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Milli.Az


Etiketlər:  Avropada qazın qiyməti 1 800 dollara yaxınlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ