Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbs edilən keçmiş MTN naziri azadlığa ÇIXDI

Həbs edilən keçmiş MTN naziri azadlığa ÇIXDI

Tarix: 27 Sentyabr 2022 22:30

Azərbaycan Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

Qeyd edək ki, V. Əsgərovun ailəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə hədsiz minnətdar olduqlarını bildiriblər.

Milli.Az


Etiketlər:  Həbs edilən keçmiş MTN naziri azadlığa ÇIXDI


RƏYLƏR