Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2022 03:46
Rusiyada, Nijni Novqorod vilayətində məhkəmə 82 yaşlı arvadını diri-diri yandırmağa cəhd edən təqaüdçüyə qarşı tibbi xarakterli məcburi tədbirin tətbiqi ilə bağlı işə baxacaq.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Məlumata görə, iyunun 19-da Boqorodski rayonundakı "Yaqodnoye" bağ qeyri-kommersiya ortaqlığının evində həyat yoldaşı ilə mübahisə zamanı cavabdeh evin giriş qapısını bağlayıb və yanğın törədib. Lakin yaşlı qadın yanğını görüb evin ikinci mərtəbəsindən özünü atıb. Yıxılma nəticəsində onun bud sümüyü sınıb, həmçinin qadın tənəffüs yollarından yanıqlar alıb. Təqaüdçü xəstəxanaya yerləşdirilib, o, xilas edilib.
Müstəntiqlər adam öldürməyə cəhd maddəsi ilə iş açıblar. Kişi özünü təqsirli bilməyib.
İrfan Vəliyev