Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2022 20:46
Rusiyada elan edilən səfərbərlikdən sonra Azərbaycana özəl jetlə uçuşlara tələbat artıb. Aviareyslərə tələbatın artması isə qiymətlərin bahalaşmasına səbəb olub.
Rusiyada fəaliyyət göstərən daşıyıcı şirkətdən "Xəzər Xəbər"ə bildirilib ki, əvvəl gün ərzində 50 sifariş olurdusa, indi bu say 5000-ə qalxıb. Qiymətlərsə kifayət qədər yüksəkdir. Lakin insanları maraqlandıran qiymətlər yox, ölkədən daha tez çıxmaqdır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, təyyarəyə yer tapmayanlar özəl jetlərlə ölkədən çıxmağa çalışırlar.
Rusiya Federasiyasında qismən səfərbərlik elan ediləndən sonra varlı rusiyalılar hakimiyyət orqanlarının səfərbərlik yaşında olan kişilər üçün sərhədləri bağlamağı planlaşdırdığı xəbərləri fonunda ölkədən çıxış yolu axtarırlar. Onların başqa ölkələrə üz tutması öz növbəsində özəl jetlərə tələbatın artması və uçuşların qiymətinin qalxması ilə nəticələnib.
Moskvada fəaliyyət göstərən "Your Charter" şirkətinin direktoru Yevgeni Bıkov qeyd edib ki, əvvəllər gündəlik 50 sifariş alırdılarsa, indi bu rəqəm 5000 -ə yüksəlib.
O qeyd edib ki, ən çox bilet satılan bu ay olub. Xüsusilə də 5 gün bilet sifarişi ən pik həddə çatıb.
Qeyd edək ki, Rusiya vətəndaşları əsasən Azərbaycan, Türkiyə ,Qazaxıstan və Ermənistana üz tuturlar. Şəxsi təyyarələrdəki hər oturacağa görə qiymət 22-27 min avro arasında dəyişir. Səkkiz nəfərlik biznes təyyarələrinin icarə qiymətləri isə 80-140 min avrodan təklif edilir. Bu da adi hallardakı qiymətlərdən dəfələrlə bahadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: