Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda votsap və instaqrama qoyulan qadağa daimi ola bilər

İranda votsap və instaqrama qoyulan qadağa daimi ola bilər

Tarix: 29 Sentyabr 2022 08:08

İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Cəhromi votsap və instaqrama qoyulan qadağanın daimi olacağına dolayı işarə edib.

İranın rabitə naziri qeyd edib ki, sosial medianın Amerikan seqmenti iğtişaşlar platformasına çevrildiyi üçün onlara məhdudiyyətlər qoyulub:

"Nə qədər ki, bu platformalar ölkəyə ziyan vurur, onlara qoyulan məhdudiyyətlər davam edəcək. İnsanlar öz bizneslərini İslam Respublikasının siyasi qanunlarına uyğun olmayan mühitdə planlaşdırmamalıdırlar".

Milli.Az


Etiketlər:  İranda votsap instaqrama qoyulan qadağa daimi ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ