Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 19:24
Braziliyada ər-arvad kiçik şənlik üçün məşhur şəlalənin sularını rəngləyərək Tanqara da Serra bələdiyyəsinin sakinlərinin kütləvi nifrəti və sosial şəbəkələrdə təhqirlərlə üzləşiblər.
Sonxeber.net bildirir ki, bu barədə "Mirror" yazır.
Şəhər sakinlərinin qəzəbinə sosial şəbəkələrdə uşaq gözləyən ər-arvadın gender şənliyi keçirdiyi haqda video səbəb olub. Gələcək valideynlər Keyma-Pe çayındakı şəlaləni çirkləndirərək körpənin cinsiyyətini açıqlamaq qərarına gəliblər. Belə ki, kadrlarda görünüb ki, cütlük suları mavi rəngə çevrilən şəlalə fonunda əyləniblər. Bu rənq, cütlüyün oğlan uşağı olacağını bildirib.
Qeyd olunub ki, şəlalə şəhər sakinləri arasında turizm və istirahət məkanı kimi tanınıb. Mato Qrosso ştatının hökuməti bildirib ki, xüsusi təftiş komissiyası boyaların ətraf mühitə vurduğu ziyanı öyrənəcək. Səlahiyyətlilər, həmçinin ekoloji cinayət təsdiqlənərsə, həyat yoldaşlarını məsuliyyətə cəlb edəcəklərini vəd ediblər.
İrfan Vəliyev