Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hülya Avşarın qızından Mehmetlə eşq iddialarına cavab

Hülya Avşarın qızından Mehmetlə eşq iddialarına cavab

Tarix: 29 Sentyabr 2022 20:54

Türkiyəli müğənni Hadisənin boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Mehmet Dinçerlərlə aktrisa Hülya Avşarın qızı Zəhranın birgə görüntülənməsindən sonra ilk açıqlama edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Zəhranın vəkili xəbəri yayan "Beyaz TV"nin maqazin verilişinin aparıcılarından şikayətçi olduqlarını bildirib.

O, Zəhranın həmin məkanda sevgilisiylə olduğunu, dostlarıyla birgə əyləndiyini və xəbərlərin doğru olmadığını vurğulayıb.

Qeyd edək ki, Hadisə və Mehmet apreldə nikah masasına oturub. Bir müddət əvvəl isə ifaçının konsertində mahnı oxuyarkən ağlaması ilə onların ayrıldığı ortaya çıxıb.

Milli.Az


Etiketlər:  Hülya Avşarın qızından Mehmetlə eşq iddialarına cavab


RƏYLƏR