Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın vasitəçiliyində iki səbəb: Baydenin o sözündən sonra ... - Müsahibə

ABŞ-ın vasitəçiliyində iki səbəb: Baydenin o sözündən sonra ... - Müsahibə

Tarix: 29 Sentyabr 2022 21:18

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə MDB-yə üzv olarkən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını açıqlayıb. Sizcə, burada hansı tanımadan və konkret sərhəd xəttindən söhbət gedir?

- Nikol Paşinyanın bu cür ziddiyyətli bəyanatlar verməsinin əsas səbəbi onların işğalçı siyasətinin məntiqi nəticəsidir. Çünki istənilən sərhədə aid onlarda bu və ya digər şəkildə bəyanatlar mövcuddur. Əgər o Azərbaycan MDB-yə daxil olarkən ərazi bütövlüyünü tanıdıqlarını deyirsə, yəqin ki, Ermənistanın müstəqillik aktını unudur. Ermənistanın müstəqillik aktındakı bəndlərdən birində Qarabağ Ermənistanın "tərkib hissəsi" kimi qeyd edilib. Digər məsələ Ermənistanın hazırkı konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında müstəqillik aktına istinad mövcuddur. Eyni zamanda N.Paşinyanın da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamaları unudulmayıb. Onun "Qarabağ Ermənistandır" açıqlaması elə də uzaq keçmişdə səslənməyib. Sonradan o özünün bu bəyanatlarından da rəsmi şəkildə imtina etməyib. Sadəcə olaraq vəziyyətdən asılı olaraq onlar müxtəlif mövqelər sərgiləməyə çalışırlar.

- Azərbaycanın ərazi bütövlüyünə Ermənistanın real münasibətini indiki halda hansı faktlarla sübut etmək olar?

- Bu yaxınlarda Ermənistan dövlət büdcəsində Qarabağda yaşayan ermənilər və separatçı quruma yardımla bağlı müddəalar yer alıb. Məhz bu fakt Azərbaycanın ərazi, bütövlüyünü, suverenliyini tanımaq kimi başa düşülür. Qonşu dövlətin ərazisində hansısa qondarma qurumu maliyyələşdirmək həmin ölkənin konstitusiyasına ziddir. Ona görə də onların bütün açıqlamaları yalan və beynəlxalq ictimaiyyəti aldatmaq üçün edilən cəhdlərdir.

- Bu yaxınlarda Fransada səfərdə olan N.Paşinyan Azərbaycanla sülh və kommunikasiyaların açılması ilə yanaşı, Qarabağda yaşayan erməni əsilli şəxslərlə də təmasların qurulmasından bəhs edib. Sülhdən danışaraq separatizmə xidməti təşviq etmək nə dərəcədə məntiqlidir?

- Kommunikasiyaların açılması barəsində Ermənistan tərəfindən verilən açıqlama ilk dəfə deyilən fikir deyil. Burada digər məsələlərin də həlli vacibdir. Çünki Ermənistanın Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin açılması ilə bağlı öhdəliyi var. Bu öhdəliyi də Ermənistan yerinə yetirməlidir. Onun keçmiş "Dağlıq Qarabağla" bağlı yenidən hansısa bir fikirlər ortaya atması absurddur. Qonşu ölkənin heç bir ixtiyarı yoxdur ki, bizim ərazimizlə bağlı hansısa fikirlər səsləndirsin. Bu bizim daxili işlərimizə müdaxilə hesab edilir. Gərək Fransa rəhbərliyi onların yanında bu cür bəyanatların səslənməsinə imkan verməməli idi.

- Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş oldu. Danışıqların müsbət fonda keçdiyi açıqlanıb. Bunu daha yüksək səviyyəli görüşlər üçün hazırlıq kimi dəyərləndirmək olarmı?

- Burada ABŞ-ın fəallığı iki səbəblə bağlıdır. Bunun ikisi də Azərbaycanla bağlı deyil. Bu onunla bağlıdır ki, noyabrda ABŞ konqresinə seçkilər olacaq. Demokratlar administrasiyası narahatdır ki, onlara konqresdə çoxluq qazanmaq üçün problemlər olar. Ona görə də, erməni diasporası ilə "ciddi iş" aparılır. Mümkün qədər erməni diasporasının səsini almaq üçün belə bir görüntü yaratmağa çalışırlar. Bunu da ona görə edirlər ki, guya onlar Ermənistanın problemlərindən çox narahatdır. Hamı başa düşür ki, Rusiya zəifləyir və onun Ermənistanda olan imkanları azalır. Təbii ki, boşluğu doldurmaq üçün ABŞ ictimai rəyi özünə çəkmək naminə ermənipərəst bəyanatlar verir. Ona görə də ABŞ-ın son zamanlar fəallaşması fonunda ortada olan iki mühüm elementin heç də Azərbaycanla bağlı deyil.

- Sizcə, ABŞ və Fransanın vasitəçilikdə aktiv yer ala bilərmi?

- Ciddi vasitəçilik edən tərəf heç vaxt birtərəfli bəyanatlar vermir. Çünki ABŞ prezidenti Cozef Baydenin "Dağlıq Qarabağ xalqı" deməsi onu göstərir ki, bu cür mövqelərlə onun vasitəçiliyi heç bir nəticə verən deyil. Ona görə də bu məsələyə layiq olan səviyyədə yanaşmaq lazımdır. ABŞ-ın vasitəçiliklə bağlı cəhdlərinə müvəqqəti bir gediş kimi yanaşmaq lazımdır. Bunun ciddi olmasına heç cür inanmaq olmaz.


Etiketlər:  ABŞ vasitəçiliyində səbəb Baydenin sözündən sonra Müsahibə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ