Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biləcəridə sakinlərin bu problemi həll olundu - VİDEO

Biləcəridə sakinlərin bu problemi həll olundu - VİDEO

Tarix: 30 Sentyabr 2022 17:34

Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsinin sakinləri aylardır yaşadıqları ərazidən məişət tullantılarının təmizlənməməsindən şikayətçidir. Onlar iddia edirlər ki, bir neçə ay öncə zibil qutularının yanına məişət tullantıları ilə yanaşı, tikinti materialları tullantıları da atılılıb. Kimin tərəfindən atıldığı məlum olmayan bu tullantıların isə əl ilə daşınması mümkün olmadığından aylardır ərazidə qalıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər bildirirlər ki, bu məsələdə başqalarını günahlandırmaq olmur. Çünkü ərazidəki tullantılar məişət tulantıları deyil və zibil qutularından kənara atılıb. Lakin aiddiyyəti qurumun məsələ ilə vaxtında maraqlanmaması vəziyyəti bu həddə çatdırıb.

Məsələ ilə əlaqədar 113 saylı mənzil kommunal istismar sahəsi ilə əlaqə saxladıq. Qurumdan ərazinin onlara aid olmadığı bildirilib, amma problemin qısa zamanda aradan qaldırılacağı deyilib.

Çəkilişdən sonra sakinlərin bizə göndərdiyi videolardan da ərazinin həqiqətən təmizləndiyinin şahidi olduq. Qurumdan isə bildirildi ki, ərazidə bundan sonra da mütəmadi olaraq təmizlik işləri görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Biləcəridə sakinlərin bu problemi həll olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ