Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada ən çox milyarder bu şəhərlərdə yaşayır - SİYAHI

Dünyada ən çox milyarder bu şəhərlərdə yaşayır - SİYAHI

Tarix: 2 Oktyabr 2022 15:42

Dünyada ən çox milyarder ABŞ-da yaşayır.

Milli.Az Lent.az-a istinadən bildirir ki, bu barədə baş ofisi Londonda yerləşən "Henley & Partners" təşkilatı məlumat yayıb. 

Təşkilat son hesabatında milyonçu və milyarderlərin yaşadığı şəhərlərin statistikasını açıqlayıb. Hesablama zamanı varidatı 100 milyon dollardan çox olanlar milyonçu, 1 milyard dollardan artıq olanlar isə milyarder kimi təsnif edilib. 

Siyahıya görə milyonçu sayında Nyu-York şəhəri liderlik edir - 737 nəfər. Milyarderlərin sayına görə isə bura yalnız San-Fransiskodan geri qalır. Şəhərdə 59 milyarder daimi yaşayır.

San-Fransisko isə milyonçuların sayına görə yalnız Nyu-York geridədir. Burada 623 milyonçu, 62 milyarder yaşayır.

Londonda 406, Los-Ancelesdə 393 milyarder qeydə alınıb.

Asiya nəhəngi Çinin paytaxtı Pekində 363 milyonçu və 44 milyarder yaşayır. Bu rəqəm Şanxayda müvafiq olaraq 350 və 42-dir.

Çikaqoda 340, Sinqapurda 336 milyoner daimi yaşayır.

Avropada isə ən çox milyonçu Cenevrədə yaşayır - 345 nəfər. Burada milyarder yoxdur.

Onluqda sonuncu yeri 314 milyonçu ilə Hyuston şəhəri tutur. 

Milli.Az


Etiketlər:  Dünyada ən çox milyarder bu şəhərlərdə yaşayır SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ