Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Litva HIMARS raket sistemləri və döyüş dronları almağı planlaşdırır

Litva HIMARS raket sistemləri və döyüş dronları almağı planlaşdırır

Tarix: 2 Oktyabr 2022 17:12

Litva hökuməti bu il ölkənin Müdafiə Nazirliyinə əlavə vəsait ayırmağa qərar verməklə ABŞ-dan HIMARS reaktiv yaylım atəşi sistemini, JLTV yüngül taktiki nəqliyyat vasitəsini və "Switchblade" döyüş dronu almağa imkan verib.

Bu barədə Milli.Az "Report"a istinadən xəbər verir.

Qeyd olunub ki, Litva bu il hərbi büdcəsini təxminən 148 milyon avro artıracaq. Belə ki, ümumilikdə hökumət 2022-ci ildə ölkənin ümumi daxili məhsulunun 2,52 faizini müdafiəyə ayırmağı planlaşdırır.

Ölkənin maliyyə naziri Qintare Skayste deyib ki, Rusiyanın başlatdığı müharibə kontekstində rəsmi Vilnus parlament partiyalarının razılığını ardıcıl şəkildə yerinə yetirməklə müdafiəyə ayrılan vəsaiti çoxaldır.

Milli.Az


Etiketlər:  Litva HIMARS raket sistemləri döyüş dronları almağı planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ