Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 08:56
Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda Polşa, 4 gün sonra səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Sonxeber.net-ın məlumatına görə, bu barədə Azərbaycan Futzal Federasiyasından bildirilib.
Məlumata əsasən, oktyabrın 9-dək Bakıda, oktyabrın 10-dan 12-dək Afinada hazırlıq prosesi keçirəcək millimizin heyətinə 15 oyunçu dəvət olunub.
Heyətdə Rövşən Hüseynli ("Araz-Naxçıvan"), Emin Kürdov ("Neftçi"), Cavad Məmmədov, Felipinyo, Xəzər Ağalızadə (hər üçü "Araz-Naxçıvan"), Amir Shojaei, Hadi Ahmadi (hər ikisi "Bayterek", Qazaxıstan), Amadeu ("Marreko", Braziliya), Rafael Vilela ("Kayrat", Qazaxıstan), Everton Cardoso ("Bintang Timur", İndoneziya), Oktay Rüstəmli ("Araz-Naxçıvan"), FineoDe Araujo, Tyaqo Bolinha (hər ikisi "Sportinq Paris", Fransa), Fərid Ələkbərov ("Araz-Naxçıvan") və Poletto Fabio Joze ("Active Network", İtaliya) yer alıblar.
Braziliyanın "Marreko" klubunun üzvü Amadeu oktyabrın 4-də, Qazaxıstanın "Bayterek" klubunda çıxış edən Amir Shojaei və Hadi Ahmadi isə oktyabrın 5-də milliyə qoşulacaqlar.