Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 11:08
Rusiya Federasiyasının Polşadakı səfiri Sergey Andreyev "DXR", "LXR", Zaporojye ve Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı XİN-ə çağırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç TVN24 kanalının efirində deyib.
O həmçinin qeyd edib ki, görüş əsnasında Polşa tərəfi Rusiyanın Ukraynaya aid 4 regionu özünə birləşdirməsinə etirazını və bu qərarı müsbət qarşılamadığını bildirəcək.
"Rusiya ilə münasibətlər dondurulub, hər hansı bir diplomatik əlaqə yoxdur, mən və yaxud ölkənin xarici işlər naziri tərəfindən səfirin XİN-ə çağırılması xaric, heç bir görüş keçirilmir. Belə görüşlərdən biri də bu gün keçiriləcək. Rusiyanın atdığı addımlarla bağlı və 4 regionda keçirdiyi "referendum"larla əlaqədar olaraq bu ölkənin səfiri Andreyev yerli vaxtla saat 11:00-da XİN-ə çağırılıb", - Pşidaç qeyd edib.