Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2022 15:50
Londonda yaşayan türk əsilli qadın Sandra toydan əvvəl subaylığa vida partisi təşkil etmək üçün rəfiqələri ilə İspaniyaya gedib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, onlar İspaniyada villa kirayə tutublar. Əylənmək üçün gəzməyə çıxan 27 yaşlı Sandra geri qayıdanda heyrətə gəlib. Məlum olub ki, kirayə tutduqları mənzilə oğru girib. Soyğunçular qadının 1,3 milyon lirə dəyərində qızıllarını oğurlayıblar. Qadın polisə şikayət etsə də, nəticə olmayıb.