Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kimin pensiyası artacaq? - Açıqlama - VİDEO

Kimin pensiyası artacaq? - Açıqlama - VİDEO

Tarix: 6 Oktyabr 2022 19:00

"Pensiya məbləği tam olaraq indeksasiya olduğu üçün hər bir vətəndaş aldığı pensiyanın 14-15 faizini hesablayaraq artımı müəyyən edə bilər".

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, gələn ildən tətbiq edilən mexanizm bütün əmək pensiyası alan şəxlərə şamil ediləcək.

"2022-ci ilin ilk 7 ayında orta aylıq əməkhaqqı 14.1% artıb. Gözlənilir ki, illik artım faizi təxminən 14-15% olacaq. Nəticədə, illik 14-15 faizə uyğun olaraq pensiyalar indekləşdiriləcək. Bununla da pensiyalarda artım müşahidə ediləcək. Əgər vətəndaş 500 manat pensiya alırsa, bu halda onun pensiyası 575 manat olacaq". 

Milli.Az


Etiketlər:  Kimin pensiyası artacaq Açıqlama VİDEO


RƏYLƏR