Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2022 20:24
FIFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.
Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə 25 yaşlı hücumçunun sabiq klubu olan Polşa "Legiya"sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi tviter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.
Həmçinin FİFA Futbol Tribunalı Emrelinin "Legiay"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.