Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 20:32
Bakı. Trend:
"Sony" şirkətinin mühəndisləri tərəfindən ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb.
Trend-in məlumatına görə, Yapon şirkətinin əməkdaşları 85 qram ağırlığında olan yığcam daşınan kondisioneri “Reon Pocket” adlandırıblar. Qurğu köynəyin cibinə yerləşdirilərək insanı istidə sərinlədir, soyuqda isə qızdırır. Cihaz temperaturu 8-13 selsi dərəcə aşağı sala, yaxud yüksəldə bilir.
Qurğunun akkumulyatoru 1,5 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub və enerji ilə yüklənməsinə təxminən 2 saat vaxt tələb olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin