Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” Afinada qələbə qazansa da...

“Qarabağ” Afinada qələbə qazansa da...

Tarix: 7 Oktyabr 2022 07:50

Azərbaycanın UEFA reytinqindəki xalı artıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, buna Avropa Liqasının qrup mərhələsinin III turu səbəb olub. 

Yunanıstanda "Olimpiakos"un qonağı olan "Qarabağ" 3:0 hesabı ilə qalib gəlib. Bu, Azərbaycanın UEFA reytinqinə 0,500 xal gətirib.
 
Bununla, cari mövsüm qazanılan xallarımız 3,000-ə çatıb. Son 5 mövsümün nəticələrinə əsasən hesablanan əmsalımız isə 15,625-ə qədər yüksəlib. Amma bu artım irəliləyiş üçün yetərli olmayıb. Ölkəmiz Avropada 29-cu pillədə qalıb.

Milli.Az


Etiketlər:  Qarabağ Afinada qələbə qazansa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ