Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''la oyundakı bu addımına görə üzr istədi

''Qarabağ''la oyundakı bu addımına görə üzr istədi

Tarix: 8 Oktyabr 2022 08:08

"Olimpiakos"un müdafiəçisi Pape Sisse Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyunda (0:3) əvəzləndikdən sonra verdiyi pis reaksiyaya görə klubdakı hər kəsdən və azarkeşlərdən üzr istəyib.

Seneqallı oyunçu "Qarabağ"la matçın 83-cü dəqiqəsində ikinci qoldan bir dəqiqə sonra əvəzlənib. Meydandan çıxarkən etdiyi səhvinə görə azarkeşlər onu fitə basıblar.

P.Sisse özünün Feysbuk hesabında yazıb: "Dünən "Olimpiakos" və mənim üçün çox pis bir gecə oldu. Son vaxtlar faciəvi itkilərlə şəxsi cəhənnəm yaşadım və psixoloji sınaqlardan keçdim. Siz məni yaxşı tanıyırsınız. Futbol oynayaraq böyüdüyüm və meydanda hər zaman əlimdə olan hər şeyi verdiyim "Olimpiakos"u nə qədər çox sevdiyimi bilirsiniz. Dünən səhv etdim, özüm və ailəm haqqında sərt və təhqiramiz sözlər eşidib özümü itirdim. Buna görə bütün "Olimpiakos" ailəsindən, məşqçilərdən, komanda yoldaşlarımdan, rəhbərlikdən və hər şeydən əvvəl azarkeşlərdən üzr istəyirəm. Ümid edirəm ki, məni bağışlayacaqsınız, çünki bütün bu illər ərzində sizlərdən biriyəm və komandamız üçün hər şeyi verməyə tükənməz istəklə davam etmək istəyirəm".

Qeyd edək ki, Sisse "Qarabağ"la görüşdə əvəzlənən zaman ona deyilən sözləri eşitməmək üçün forması ilə qulaqlarını örtüb və fanatları söyüb.

Milli.Az


Etiketlər:  Qarabağla oyundakı addımına görə üzr istədi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ