Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Krım körpüsündə partlayışda 3 nəfər ölüb - YENİLƏNİB - VİDEO - FOTO

Krım körpüsündə partlayışda 3 nəfər ölüb - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 8 Oktyabr 2022 15:54

15:52

Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

"İlkin məlumatlara görə, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb" - Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatında qeyd olunub.

--------
11:58

Krım körpüsündə partlayışın törədilməsi peşəkarcasına hazırlanmış aksiyadır və Rusiya cəmiyyətinə psixologi təsir məqsədlidir.

Təsadüfi deyil ki, partlayış körpüdən sərnişin qatarının keçməsidən yarım saat əvvəl olub. Bu minvalla aksiyanın təşkilatçıları mülki əhali arasında tələfat istəmədiklərini nümayiş etdirməklə yanaşı, "istədiyimiz zaman istənilən yerdə aksiya keçirə bilərik" mesajını verməyə çalışıblar.

Üstəlik, partlayışın yerinin və vaxtının çox dəqiq seçilməsi aksiyanın peyk rabitəsi vasitəsilə koordinasiya olunduğunu göstərir.

Sonxeber.net xəbər verir ki, hazırda Rusiyanın xüsusi xidmət strukturları içi partladıcı maddə ilə dolu olan yük maşının Krım körpüsünə necə keçdiyini araşdırırlar.

İş ondadır ki, Taman yarımadasında körpüyə girişdə Rusiyanın Nəqliyyat Nazirliyinin Mühafizə İdarəsinin ST-6035 stansionar təftiş-baxış radiotexniki kompleksləri var.

Kompleks narkotik, partladıcı və kimyəvi maddələri son təmasdan hətta 60 sutka sonra aşkarlayır. Bundan başqa, kompleks vasitəsilə metalın sızlığını, onun infraqırmızı spektrini və s. müəyyənləşdirmək də olur.

Bu baxımdan yük maşınını körpüyə buraxmış növbəyə ciddi suallar var.

---------
11:51

Krım körpüsü oktyabrın 31-dək bağlanıb.

Bu barədə Yandex.Maps xidməti məlumat yayıb.

"Krım körpüsü ilə keçid oktyabrın 31-dək bağlı qalacaq", - deyə məlumatda qeyd olunub.

---------
11:08

Rusiyanın ilhaq etdiyi Krım yarımadası ilə əsas nəqliyyat əlaqəsi vasitəsi olan körpüdəki partlayışın səbəbləri bəlli olub.

Sonxeber.net bildirir ki, Rusiya Milli Antiterror Komitəsinin İnformasiya Mərkəzinin yaydığı məlumata görə, partlayış körpüdəki yük avtomobilinin partladılması nəticəsində baş verib.

Yük avtomobili partladılandan sonra dəmiryol xəttində olan 7 yanacaq sisterni alışaraq yanmağa başlayıb.

Bir müddət sonra körpünün kiçik hissəsi dağılaraq dənizə düşüb.

Hazırda körpüdə bütün hərəkət dayandırılıb. Rusiyanın Taman yarımadasından Krıma yüklər və sərnişinlər bərələr vasitəsilə daşınır.

Sisternlərin alışdığı lokomotiv qatarı Kerç stansiyasına tərəf dartılaraq aparılıb.

Qəza-xilasetmə işləri aparılır.

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.

D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.

Uzunluğu 19 km olan Krım körpüsü Rusiya və Avropada ən uzun körpüdür. Körpüdə minik avtomobilləri və avtobusların hərəkəti 2018-ci ilin mayın 16-da, yük maşınlarının hərəkəti həmin ilin oktyabrın 1-də başlanıb. Körpünün dəmiryol nəqliyyat üçün nəzərdə tutulmuş hissəsində sərnişin qatarları 2019-cu ilin dekabrın 25-də, yük qatarları isə 2020-ci ilin iyunun 30-da hərəkətə başlamışdı.

Rusiya üçün strateji əhəmiyyət kəsb edən Krım körpüsünün vurulacağı ilə bağlı Ukraynanın hakimiyyət dairələri müharibə başlayandan bəri bəyanatlar verirdilər.

Körpüdə bu gün baş vermiş partlayış və yanğını Ukraynadakı müharibədə dönüş nöqtəsi də saymaq mümkünür.

10:54
--------

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Sonxeber.net bildirir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib. 

O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib. 

D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.

Bundan başqa, Rusiyanın Terrorla Mübarizə Komitəsi Krım körpüsündə baş verən partlayışın ilkin səbəbini açıqlayıb. Qurumdan bildirilib ki, körpüdəki 7 yanacaq çəninin yanmasının səbəbi yük maşınının partladılması olub.

----------
09:52

Krım körpüsündə yanacaq çəni yanıb, oradakı nəqliyyatın hərəkəti dayandırılıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "Taman" yol idarəsi məlumat verib.

Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti də dayandırılıb.

"Naviqasiya tağlarına ziyan dəyməyib. Səbəb və nəticələr barədə danışmaq tezdir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır", - yerli orqanlardan bildiriblər.

Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.


Etiketlər:  Krım körpüsündə partlayışda nəfər ölüb YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ