Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2022 19:26
Rusiya Prezidenti Vladimir Putinin yeganə hesablaşdığı şəxs Ukrayna ilə müharibədən narazılığını bildirib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
"Rusiyalı iş adamı, "Rusiya Bankı"nın əsas səhmdarı və Direktorlar Şurasının keçmiş rəhbəri Yuri Kovalçuk Rusiya Müdafiə Nazirliyinin hərəkətləri ilə razılaşmadığını bildirib", - Piontkovski bildirb.
Onun sözlərinə görə, Kovalçuk Rusiya prezidenti ilə "sən"lə danışan yeganə biznesmendir:
"Putinə çox yaxındır və ona təsir edə biləcək yeganə şəxsdir".
Piontkovski bildirib ki, Kovalçuk Putini təmizə çıxarmaq və generaliteti ittiham etmək kampaniyasının başında dayanır.
Qeyd edək ki, Yuri Kovalçuku həm də Putinin şəxsi bankiri adlandırırlar.