Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranla Rusiya 40 milyard dollarlıq saziş imzalayıb

İranla Rusiya 40 milyard dollarlıq saziş imzalayıb

Tarix: 9 Oktyabr 2022 22:52

İranla Rusiya dəyəri 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə İranın neft naziri Cavad Ouci bildirib.

"Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qurğuların tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq", - nazir deyib.

Bundan əvvəl neft nazirinin müavini Əhməd Əsədzadə qeyd edib ki, Rusiya İran ərazisində yerləşən altı neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir.

Milli.Az


Etiketlər:  İranla Rusiya milyard dollarlıq saziş imzalayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ