Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın bugünkü zərbələrdə itkiləri açıqlandı

Ukraynanın bugünkü zərbələrdə itkiləri açıqlandı

Tarix: 11 Oktyabr 2022 08:28

Rusiyanın 10 oktyabrda Ukrayna şəhərlərinə həyata keçirdiyi total raket hücumları nəticəsində 14 nəfər ölüb, 97 nəfər isə yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu məlumatı Ukrayna Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti yayıb.

Bildirilib ki, yerli vaxtla 21:00-a olan məlumata görə, raket hücumları nəticəsində Kiyev, Lvov, Sum, Ternopol və Xmelmitsada 1307 yaşayış məntəqəsi enerjisiz qalıb.

Qeyd edək ki, raket zərbələri nəticəsində yol və körpülər dağılıb, bir neçə elektrik stansiyası sıradan çıxıb, onlarla bina və maşın yararsız hala düşüb.

Milli.Az


Etiketlər:  Ukraynanın bugünkü zərbələrdə itkiləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ