Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 20:06
Hazırda Azərbaycanda 674 peşədə qadın əməyinin tətbiqi qadağandır. Amma bu sayın azaldılması gündəmdədir. Bununla bağlı əmək məcəlləsinə dəyişikliklər təklif edilir. Yeniliklər hansı məqamları özündə ehtiva edir ?
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, qadinlar üçün qadağan edilən peşələrin sayı azaldılır.
"Hazırda Azərbaycanda 674 peşədə qadın əməyinin tətbiqi qadağandır...Qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılması bu qadağanın aradan qalması ilə nəticələnəcək."
Bu fikirləri "Xəzər Xəbər"ə müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O, təklif olunan qanun layihəsinin qadınların əmək hüququnun daha da genişləndirilməsinə, qadınların daha çox əməkhaqqı ödənilən sahələrə çıxışına olan məhdudiyyətlərin azaldılmasına xidmət etdiyini bildirib..
Musa Quliyev qeyd edib ki, Əmək Məcəlləsinə təklif olunan bu dəyişikliklər 674 adda peşədə qadınların əməyinə qoyulan qadağanı ləğv edir.Hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur.
Komitə sədri əlavə edib ki,kimya sənayesinin müxtəlif sahələri, yüksək radiasiyalı müəssislər , yüksək təhlükəlilik törədə biləcək sahələrdə də bundan sonra da qadınlar çalışmayacaq. Qanun qəbul olunandan sonra ağır işlərin siyahisı Nazirlər Kabineti tərəfindən yenidən tərtib olunacaq.