Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Krım körpü terrorunda da erməni barmağı çıxdı... - Tarix dəfələrlə təkrarlanır...

Krım körpü terrorunda da erməni barmağı çıxdı... - Tarix dəfələrlə təkrarlanır...

Tarix: 12 Oktyabr 2022 10:39

Bəzi KİV-lərdə Krım körpüsündə baş verən partlayışla bağlı ilk məhbusların adlarının məlum olduğuna dair məlumatlar paylaşılıb.  Bunlar partlayıcı ilə doldurulduğu iddia edilən yükü qəbul edib göndərən Armavirdən olan şirkətin əməkdaşları: Samvel Azatyan, onun oğulları Georgi və Artyom, həmçinin işçi Yuri Postnikovdur.

Rusiya istintaq orqanlarının məlumatına görə, "Aqro Biznes" şirkəti Armavirdə təhlükəli yükləri qəbul edib. Firma soya emalı ilə məşğuldur və Vorovski küçəsində yerləşir. MMC-nin sahibi Makeevki qeydiyyatlı Georgi Azatyan və atası Samveldir. Ailənin kiçik oğlu Artyom isə hüquqşünasdır. Sonuncu bu yaxınlarda daha yaxşı həyat axtarmaq üçün Simferopola gedib. Məlum hadisələrdən bir müddət əvvəl o, atası Samvelə zəng edərək, dostuna məxsus olduğu iddia edilən bir günlük yükü qəbul etməsini xahiş edib. Georginin sözlərinə görə, bu barədə ona məlumat verməyi unudublar və o, xarici nömrəli furqonun mövcudluğunu maşın oraya gələndən sonra bilib. Anbarda çox yer var imiş. Sürücü iş adamına bir dəstə veksel uzadıb, amma anbardar onlara baxmaqdan və imza atmaqdan imtina edib. Ertəsi gün Mahir Yusubovun idarə etdiyi "İnter" anbara daxil olub. Onların arasında heç bir əlaqə olmayıb, yeganə uyğunluq yükün (fura) dövlət qeydiyyatında olub.

Georginin iştirakı ilə yükləməni şirkətin traktorçusu Yuri Postnikov mexaniki yükləyicinin köməyi ilə həyata keçirib. Oktyabrın 8-də isə xüsusi xidmət orqanlarının əməkdaşları anbarda olublar. İstintaq hərəkətləri bir gün davam edib. Bütün iştirakçılar dindirilib, Yurinin işlədiyi əlcəklər və işçilərin telefonları götürülüb. 9 oktyabr gecə isə istintaq hərəkətləri üçün hər kəs Simferopola aparılıb. Artyom Azatyan orada saxlanılıb.

Erməni izi ortaya çıxır. Son vaxtlar Ermənistanda artan Qərb sevgisi, anti-Rusiya meyllərinə bağlı proses ola bilərmi?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, oktyabrın 8-də Krım körpüsünün terror nəticəsində partladılması dünya mətbuatında çox ciddi səsə-küyə səbəb oldu və bu hadisə Rusiyanın hərbi - siyasi rəhbərliyinə güclü zərbə sayıldı: "Çünki bu körpü həm sudan, həm havadan, həm də girişlərdən  həddindən artıq ciddi mühafizə olunur. Ancaq buna baxmayaraq,  terroristlər bu əməliyyatı həyata keçirə bildilər, məlum partlayış baş verdi. Bunun nəticəsində Rusiya həmin gün Təhlükəsizlik Şurasının iclasını çağırdı və Ukraynaya ciddi zərbələr endirməyə başladılar. Təsəvvür edin ki, Ukraynanın 11 vilayətinə 100-dən artıq hava zərbəsi endirildi. Ukraynanın elektrik enerjisi infastrukturu, logistika sahəsi və hərbi obyektlər nişan alınıb dağldıldı. Dinc əhali öldürüldü. Bu da dünyanın qınağına çevrildi. Putinin bu hərəkəti ilə bağlı BMT Təhlükəsizlik Şurasını çağırdı və bu hadisəni qınayaraq çox sərt fikirlər səsləndirdi. Co Bayden də Putini hədələyərək bunlara son qoymasını tələb etdi. NATO-nun baş katibi də Co Baydenə qoşularaq bildirdi ki, biz Ukraynanı tək qoymayacağıq və sona kimi onun yanındayıq. Bir sözlə, müharibə daha da qızışdı. Burada erməni izi var. Bildiyimiz kimi, SSRİ dönəmində ilk dəfə olaraq Moskvada metropolitendə partlayış törədən Sarkisyanın başçılığı ilə erməni terroristləri oldu. Ümumiyyətlə, 19-cu əsrin əvvələri və 20-ci əsrdə hələ də ermənilər terrordan  ciddi istifadə edirlər".

Ekspertin sözlərinə görə, Arnaveldə ermənilərin şirkəti tərəfindən partlayıcı maddələr göndərilib:  "Maraqlı detal  odur ki, həmin mal Ermənistanda gömrükdən  keçərək qayıdıb Şimali Osetiyadan gəlib Arnevilə. Ordan da azərbaycanlı bir sürücüsü olan maşına yüklənib, yola salınır. Sürücü burada heç bir vəzifə daşımır. Yükə cavabdeh onu yola salan şirkətdir. Sürücünün səlahiyyəti yoxdur ki, göndərilən malın  keyfiyyətinə baxa bilsin və yoxlasın. Təsəvvür edin ki, həmin partlayıcı maddələr nə qədər izoliyasiya olunursa, rentgen şüaları həmin maddələri aşkar edə bilmir. Ona görə də belə bir hadisə oldu. Bu da Rusiyanın mövqeyinə ciddi zərər vurdu. Bildiyimiz kimi, Rusiyada ordu ilə Təhlükəsizlik Şurası arasında düşmənçilik var. Ermənilərin bu hadisədə oynadıqları rol çox ciddidir. Bu da son dövrlər Ermənistanın Rusiyaya qarşı olan qəzəbindən irəli gəlir. Yayda İrəvanda ticarət mərkəzi partladıldı. Bu hadisədə Rusiya qınanıldı. Eyni zamanda, son dövrlər anti-Rusiya meylləri güclənib. Paşinyan açıq qeyd etdi ki, KTMT - nin heç bir rolu olmadı. Azərbaycanla müharibə  zamanı KTMT ordusunu Ermənistana gətirmədi. Buna görə də, Ermənistan Qərbə tam meyllənib, Rusiyadan yaxa qurtarmaq istəyir. Ermənilərin terror törətməsi Rusiya siyasi dairələrini düşündürməlidir. Çünki ermənilər hazırda Rusiyanın ciddi qurumlarında işləyirlər. Bunlar da həmin sahələrdə  Rusiyaya qarşı ciddi təxribat törədə bilərlər".

Milli.Az


Etiketlər:  Krım körpü terrorunda da erməni barmağı çıxdı Tarix dəfələrlə təkrarlanır


RƏYLƏR