Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artistin vəziyyəti ağırdır: Barmaqları amputasiya olundu - VİDEO

Əməkdar artistin vəziyyəti ağırdır: Barmaqları amputasiya olundu - VİDEO

Tarix: 12 Oktyabr 2022 12:50

"Dədə" ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Əməkdar artist Suleyman Abdullayevin səhhəti ağırlaşıb. 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu barədə "Günün sədası" səhər şousunda videosüjet yayımlanıb. 

83 yaşlı sənətkarın qızı Aygün Abdullayeva atasının səhhətinin pis olduğunu açıqlayıb. 

"Atam ağır vəziyyətdədir. "Qanqrena"dan əziyyət çəkir.  Həkimlərimiz sağ olsun, qayğılarını əsirgəmirlər. Beş gündür ki, o, ağrıkəsicilərlə yaşayır.  Vəziyyəti çox pisdir. Biz də onun övladı olaraq çox əziyyət çəkirik. Atamızı heç zaman belə görməmişik. Atam xalqımızın çox dəyərli sənətkarı olub.

Buna görə də, o, "Dədə" adını qazanıb. Atamın ürək fəaliyyətində çox ciddi problemlər var. Həkimlərin qoyduqları diaqnoza görə, sənətkarın ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir, böyrəklərindən biri işləmir, qaraciyərində çox ciddi problemlər var. Amma həkimlər müalicələri dayandırmağı məsləhət görüblər. Həkimlər bu xəstəliklər qarşısında acizdirlər. Çünki əllərindən gələn hər şeyi ediblər.

Bir il bundan əvvəl avqust ayında, atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu avqust ayında "çeçələ" barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər.
Amma ayağı çox pis vəziyyətə düşdü. Həkimlər elə bir nəticəyə gəldilər ki, yaş həddinə görə, daxili orqanlarında ciddi problemlər olduğuna və  hətta ciyərlərinə yığıldığına görə heç cür riskə gedə bilmədiklərini söylədilər. Məhz buna görə, atam hazırda bu vəziyyətdədir. Əvvəldən atam şəkər xəstəsi olub", - deyə A.Abdullayeva bildirib. 


Etiketlər:  Əməkdar artistin vəziyyəti ağırdır Barmaqları amputasiya olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ